Online formatda keçirilmiş xüsusi təqdimat zamanı Apple şirkəti yeni nəsil iPad modellərini təqdim edib.
Fins.az xəbər verir ki,yeni nəsil iPad modellərinə 4-cü nəsil iPad Air və 8-ci nəsil adi iPad modeli daxil olublar. iPad Air 4 xarici görünüşcə iPad Air 3-dən tamamilə fərqlənir. Belə ki, o, daha bahalı iPad Pro modellərinin dizaynını əldə edib. Yeni iPad Air 4-ün künc hissələri əyilmiş formada reallaşdırılıb və nazik ekran çərçivələrinə sahibdir. Bunun sayəsində planşetin ekranı 10.9 düym-ə (2360x1640 piksel keyfiyyəti) kimi yüksəldilib. Apple şirkəti iPad Air 4-ün ekranını Liqued Display adlandırır. Bununla belə planşetin ekranı True Tone funksiyasını dəstəkləyir.
Əvvəlki modellərdə olduğu kimi iPad 8 də bir dəfə şarj olunandan sonra 10 saat çalışmaq özəlliyinə sahibdir. Digər texniki özəlliklərə gəldikdə isə planşet 32/128 GB daxili yaddaş həcmi, 8 MP-lik arxa kamera (HDR və 30 fps ilə HD videoların çəkiliş dəstəyi) və 1.2 MP-lik ön kamera ilə təchiz olunub. Planşetin komplektində USB Type-C girişinə sahib şəbəkə adapteri mövcuddur. iPad Air 4 kimi iPad 8 də stereo səsgücləndiricilərə sahibdir. Lakin iPad 8-də səsgücləndiricilər yalnız bir hissədə yerləşdiriliblər. Buna görə də planşetdən çıxan səs o qədər də həcmli deyil. iPad 8 artıq bu həftə satışa çıxacaq. Onun satış qiyməti isə aşağıdakı kimi olacaq:
- 32 GB daxili yaddaş + Wi-Fi - 329$
- 32 GB daxili yaddaş + Wi-Fi + LTE - 459$
- 128 GB daxili yaddaş + Wi-Fi - 429$
- 128 GB daxili yaddaş + Wi-Fi + LTE - 559$
