Microsoft-un qurucusu və xeyriyyəçi Bill Gates, təsirli bir koronavirus peyvəndinin 2021-ci ilin əvvəlində ABŞ-a gəlməsini gözləyir.
O bildirib ki, ABŞ-ın dəstəklədiyi bir neçə aşıdan ən azı üçü təsirli olarsa, o zaman ölkənin istifadəsi lazım olduğundan daha çox dozaya sahib olacaq və qalan hissəsi digər ölkələrlə paylaşıla bilər
Gates, ABŞ prezidentliyinə namizədin noyabr ayında qazanmasından asılı olmayaraq peyvəndin gələn ilin əvvəlində gəlməsini gözlədiyini deyib.Vaksinin inkişaf etmiş ölkələrin insanları üçün əlçatan olmasına baxmayaraq, az inkişaf etmiş ölkələrdə yaşayanların peyvənd almasının çətin olacağından narahat olduğunu qeyd edib. Bu səbəbdən, Gates, qurduğu vəqfin hazırda peyvənd paylanması, xüsusilə peyvəndlərin necə istehsal ediləcəyi və ən çox ehtiyac duyulan qruplara paylanması üzərində çalışdığını bildirib.
Bundan əvvəl ABŞ rəhbərliyi 2020-ci ilin sonuna qədər koronavirusa qarşı bir peyvənd meydana çıxacağını gözlədiklərini söylədi. Ölkə virusdan qorunmağa ən çox ehtiyacı olan insanlara sürətli çatdırılması üçün bir sistem hazırlayıb.
Müəllif:Aynur Qəniyeva