ABŞ rəhbərliyi, Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki 5 qurumdan pambıq, paltar, kompüter hissələri və saç məhsulları kimi malların idxalına mane olacağını açıqlayıb.
ABŞ rəhbərliyi, Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki Uyğur xalqının işləməyə məcbur olduğu 5 təşkilatdan pambıq, paltar, kompüter hissələri və saç məhsulları kimi malların gətirilməsinin qarşısını alacağını açıqlayıb.
ABŞ Gömrük və Sərhəd Mühafizə Agentliyindən edilən açıqlamada, Çin hökumətinin Uyğur xalqına və digər etnik və dini azlıqlara qarşı sistemli insan hüquqları pozuntularına yol verdiyi Sincan Uyğur Muxtar Bölgəsində məcburi işçilər tərəfindən istehsal olunan məhsullarla əlaqədar 5 qərar verildiyi bildirilib.
Bu çərçivədə, 4 şirkətdə istehsal olunan pambıq, paltar, kompüter hissələri və saç məhsulları kimi malların və Uyğur xalqının bölgədə çalışmaq məcburiyyətində qaldığı bir istehsal müəssisəsinin gətirilməsinin qarşısı alınacağı qeyd edilib.
ABŞ Dövlət Katibi Mike Pompeo, mövzu ilə əlaqədar etdiyi açıqlamada, işçilərin işləməyə məcbur edildiyi yerlərdə istehsal olunan malların göndərilməsinin dayandırılacağını və bu malların ABŞ-a idxalının qarşısını alacağını deyib
Pompeo, "Bu qərarlar dünyanın Çinin Uyğurlara və Sincandakı digər müsəlman azlıq qruplarının üzvlərinə qarşı insan haqları pozuntularına dözməyəcəyini göstərir. Buraya fərdlərin məcburi əməyə məruz qalması, onların necə və harada işləmək seçimini etməkdən məhrum edilməsi daxildir" deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva