DÜNYA

14 Sentyabr

KİV: ByteDаnce, TikTok -u ABŞ-a satmayacaq

ByteDance, TikTok tətbiq alqoritmini ABŞ-a satmaq niyyətində deyil. Fins.az "TASS"-a istinadən xəbər verir ki. Bu barədə bazar günü mənbələrə istinadən South China Morning Post məlumat verib.

Məlumatlı mənbə qəzetə,bildirib ki, şirkət başlanğıc kodunu heç bir ABŞ alıcısı ilə bölüşməyəcək, lakin TikTok-un ABŞ texnologiya qrupu yeni bir alqoritm yarada bilər. Onun sözlərinə görə, ByteDance qərarı barədə ABŞ hakimiyyət orqanlarını və potensial alıcılarını artıq xəbərdar edib.

Qeyd edək ki, Amerika lideri Donald Trump 31 iyul tarixində TikTok’u ABŞ-da qadağan etməyi planlaşdırdığını açıqladı. Daha sonra Microsoft və ya başqa bir Amerika şirkətinin sosial şəbəkəni ByteDance-dan 15 sentyabr tarixinə qədər almağı üçün müqavilə bağlamalı olduğunu, əks halda ölkədə sosial şəbəkənin işinin qadağan olacağını bildirib.Amerika Birləşmiş Ştatları rəhbərliyinin TikTokla əlaqəli narahatlığı, rəhbərliyinin təbliğatla məşğul olduğu və istifadəçi məlumatlarını Çin rəsmi orqanlarlna ötürməsi iddialarından irəli gəlir. 14 avqustda Tramp ByteDance-ın Amerika torpaqlarındakı bütün sosial media mülklərini əlindən almağı əmr edən bir sərəncam imzalayıb.
Amerikan TikTok şöbəsinin nümayəndələri, 24 avqustda Kaliforniya Mərkəzi Bölgəsi üçün federal məhkəmədə ABŞ rəhbərliyinə qarşı iddia qaldırıblar. Ölkədə TikTok-a qoyula biləcək qadağa barədə qərarın ləğv edilməsini tələb edirlər.

Müəllif:Aynur Qəniyeva