Avstraliya hökuməti, dizel anbarları tikmək və ölkənin zəifləyən yanacaq sənayesinin iflasının qarşısını almaq üçün 200 milyon Avstraliya dolları (~ 146 milyon ABŞ dolları) ayırmağı planlaşdırır.
Fins.az xəbər verir ki, ölkənin Enerji Naziri Angus Taylor bazar ertəsi günü hökumətin əlavə 780 meqa litr dizel anbarından istifadə etməyi hədəf aldığını bildirib.Açıqlamada, layihələrin eyni zamanda 1025-ə qədər iş yeri yaradacağı ifadə edilib.
Taylor qeyd edib ki, Kovid-19 pandemiyası Avstraliyanın yanacaq sənayesini və digər sahələrinə də təsir etdi. İndi onu gələcəkdə baş verə biləcək zərbələrdən qoruyacaq müstəqil bir yanacaq mənbəyinə ehtiyacımız var
Baş nazir Scott Morrison, Avstraliyanın enerji təhlükəsizliyini və koronavirus epidemiyasından ağır zərbə alan neft emalı sektorunu xilas etmək üçün bir çox təzyiqlərə məruz qalıb.
Hökumət, həmçinin nəqliyyat üçün əsas yanacaq ehtiyatı tələblərini ilk dəfə tətbiq edəcək qanunvericilik paketini açıqlayıb.Benzin və reaktiv yanacaqların saxlanması təxminən 24 günlük istehlak üçün məcburi olacaq.
Son açıqlama hökumətin daxili yanacaq anbar tutumunu necə artıracağına dair strateji planlaşdırma elan etməsindən üç ay sonra verilib. Aprel ayında Avstraliya yanacaq ehtiyatlarının Beynəlxalq Enerji Agentliyinin 90 günlük tələbindən az olduğunu bildirib.
Müəllif: Aynur Qəniyeva