ABŞ-ın dövlət katibi Mayk Pompeo hesab edir ki, Aralıq dənizindəki karbohidrogen ehtiyatları səbəbindən NATO-nun müttəfiqləri olan Türkiyə ilə Yunanıstan arasında münasibətlərin gərginləşməsi Şimali Atlantika Alyansının düşmənlərinin xeyrinədir və problem diplomatik yolla həll olunmalıdır.
"Hərbi gərginliyin artması yalnız transatlantik birliyin parçalanmasını görmək istəyən düşmənlərə xidmət edir", - deyə Pompeo Kipr prezidenti Nikos Anastasiadis ilə danışıqların yekunlarına dair jurnalistlərə bildirib.
Dövlət katibi qeyd edib ki, ABŞ prezidenti Donald Tramp artıq türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan və Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə böhranın həlli ilə bağlı söhbət edib.
"Biz Türkiyənin Şərqi Aralıq dənizi regionunda təbii ehtiyatların axtarışı ilə bağlı həyata keçirdiyi əməliyyatlardan dərindən narahatıq", - deyə Pompeo bildirib.
O qeyd edib ki, Vaşinqton Kiprin xüsusi iqtisadi zonada karbohidrogen ehtiyatlarını istismar etmək hüququnu dəstəkləyir