Louis Vuitton və TikTok hadisələri göstərir ki, şirkət ilə dövlət arasındakı münasibətlər əvvəlki kimi tənzimləmə və balanslaşdırma müstəvisində deyil.
Proteksionist tədbirlər və artan millətçiliklə yanaşı, dünyada şirkətlərin dövlətlərlə qurduğu münasibətlər tədricən dəyişir. Son hadisə, Louis Vuitton-un sahibi Bernard Arnaultun Fransa hökumətindən lüks zərgərlik şirkəti Tiffany-ni almaq üçün imzaladığı müqavilədən çıxması üçün kömək istəməsi oldu.
Arnault-a görə, Fransa hökuməti ABŞ və Fransa arasındakı ticarət mübahisəsi səbəbindən satınalmanın təxirə salınmasını tələb edib. Tiffany tərəfindən edilən açıqlamada Louis Vuittonun etiraz və polis təcavüzünə istinad edərək qiymət endirimi tələb etdiyi ifadə edilib.
Prezident Donald Trump, TikTok-un ABŞ-dakı əməliyyatlarının ya bir ABŞ şirkəti tərəfindən alınacağı ya da ölkədəki tətbiqetmənin qadağan olunacağını açıqladıqdan sonra, Microsoftun TikTok-un Avropa və Hindistan əməliyyatları da daxil olmaqla şirkətin qlobal əməliyyatlarını satın almaq istədiyi bildirilib.
Nəhayət, prezident Trump şirkətin köçürülməsi üçün verilən 90 günlük müddətin bir daha uzadılmayacağını ifadə edərək, "Ya bağlayacaqlar, ya da satacaqlar" dedi. TikTok-un sahibi ByteDance cəbhəsindən əldə edilən məlumata görə, şirkətin TikTok satışının tamamilə qarşısını almaq üçün ABŞ-la danışıqlar aparır və bu danışıqların başlanmasında Çin hökumətinin səylərinin təsirli olduğu bildirilir.
Diplomatiyanın yeni funksiyası
Əvvəlki iki nümunədən fərqli olaraq, bu son iki nümunə göstərir ki, dövlət diplomatiyası mexanizmləri indi transmilli şirkətlərin maraqları və "milli maraqlar" uğrunda mübarizə aparan bir funksiya qazanır. Eynilə şirkətlər də dövlətin təhlükəsizlik siyasətləri üçün alət ola bilər.
Müəllif:Aynur Qəniyeva