DÜNYA

11 Sentyabr

Avropa təbii qazı Türkiyədən alacaq - Nazir

Yaxın gələcəkdə Avropa təbii qazı Türkiyədən alacaq.

Fins.az xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz ölkə mətbuatına açıqlamasında deyib.

“Qaz yataqları kəşf edilən Qara dəniz Avropanın yeni Şimal dənizi ola bilər. Avropa Birliyi (AB) enerji məsələsində xaricdən asılı vəziyyətdədir. Birliyə üzv ölkələr təbii qazın 30 faizini öz mənbələrində əldə edirlər. Yəni Şimal dənizindən. AB demək olar ki, təbii qazın 1/3-ni Rusiyadan, Afrikadan və digər ölkələrdən idxal edir. Bu coğrafi ərazidə, Qara dənizdə belə böyük kəşfin əldə olunması Türkiyəni maraqlandıran, sevindirən bir haldır. Əlbəttə ki, AB üçün də müsbət bir prosesdir”, - nazir bildirib.