Avropa Birliyi (AB) İngiltərənin Brexit ayrılma müqaviləsinə riayət etməsini istəyir
AB Komissiyası, İngiltərənin Brexit ayrılma razılaşmasının bəzi maddələrini pozmağı planlaşdırdığı ortaya çıxdıqdan sonra təşkil edilən "AB-İngiltərə Ayrılıq Müqaviləsi Birgə Komitə" iclasının sonunda açıqlama yayıb
Açıqlamada, AB Komissiyası sədrinin müavini Maros Sefcoviç və İngiltərə Baş nazirinin müavini Michale Gove'un bu gün Londonda bir komitə iclası keçirdiyi qeyd edilib.
Brexit ayrılması razılaşmasının və İrlandiya protokolunun tam və vaxtında həyata keçirilməli olduğunu bildirən açıqlamada, müqaviləyə uyğunluğun "qanuni bir öhdəlik" olduğu vurğulanıb.
Razılaşmaya hörmət
"AB, bu razılaşmanın məzmununa və ruhuna hörmət edilməsini gözləyir. Ayrılma razılaşmasının şərtlərinə əməl edilməməsi beynəlxalq hüququn pozulması deməkdir. Bu, etimadı zəiflədəcək .Gələcək münasibətlər üçün danışıqlara gedilməlidir"deyə açıqlamada bildirilib.
Müəllif:Aynur Qəniyeva