DÜNYA

11 Sentyabr

Aİ Rusiya vətəndaşlarına qarşı SANKSİYALARIN MÜDDƏTİNİ UZATDI

Avropa İttifaqı Ukrayna hadisələrindən sonra tətbiq etdiyi Rusiya və Ukraynanın fiziki və hüquqi şəxslərinin “qara siyahısı”nın qüvvədə qalma müddətini daha altı ay - 2021-ci il martın 15-dək uzadıb.

Bu barədə Aİ Şurasının cümə axşamı Brüsseldə yayılan bəyanatında deyilir.

Sənəddə qərarın Şura tərəfindən yazılı şəkildə qəbul olunduğu, yəni müzakirəyə qapalı olduğu vurğulanır.

“Hüquqi aktları 11 sentyabr 2020-ci il tarixində rəsmi jurnalda dərc ediləcək”, – bəyanatda deyilir.