DÜNYA

10 Sentyabr

Sabiq vitse-prezident haker hücumuna məruz qalır - Rusiya ittiham olunur

Rusiyada yenidən ABŞ-ın federal prezident seçkiləri gündəmdədir.
Fins.az xəbər verir ki,Demokratlar Partiyasının prezidentliyə namizədi Co Baydenin seçki kampaniyasına xidmət edən konsaltinq firması son aylarda hakerlər tərəfindən hücuma məruz qalıb. Hakerlərin Rusiyadan olduğu düşünülür. Mənbələrin verdiyi məlumata görə, “Microsoft” korporasiyasının mütəxəssisləri hücumlar barədə ölkə rəhbərliyinə məlumat verib.

İddia edilən kiberhücumlar Baydenin seçki qərargahına və digər məşhur Demokrat siyasətçilərə xidmət göstərən, Vaşinqtonda yerləşən SKDK şirkətini hədəf alıb. Agentliyin məlumatına görə, hücumlar son iki ayda həyata keçirilib. Lakin hakerlərin hansı məlumatları əldə etməyə çalışdıqları barədə detallar açıqlanmır. Hücumların hədəfində kimin olduğu da bilinmir.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 3 noyabrda keçiriləcək.

Hazırkı Prezident Donald Trampın seçildiyi dövrdə də Rusiyanın seçki kampaniyalarına müdaxilə etdiyi, Trampın leyhinə reklamlar təşkil etdiyi və bu kampaniyaları maliyyələşdirdiyi iddia olunurdu.