DÜNYA

10 Sentyabr

Pompeo bu ölkələri mübarizəyə səslədi: ABŞ yanınızdadır!

ASEAN ölkələri Çinin Cənubi Çin dənizindəki mövcudluğuna qarşı hərəkətə keçməlidir.

Fins.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo ASEAN ölkələrinə Çinə qarşı addım atmaqla bağlı çağırışında deyib.

“Məncə, bir addım irəli getmək lazımdır. Təkcə danışmaqla kifayətlənmək olmaz. Çin Kommunist Partiyasının bizi və xalqımızı tapdalamasına icazə verməyək. Özünüzə inancınız tam olsun. ABŞ sizə yardım edəcək və bir dost kimi yanınızda olacaq”, - Pompeo bildirib.