ABŞ Dövlət katibi Mike Pompeo, ABŞ-ın və Avropadakı müttəfiqlərinin, Rusiya müxalifət lideri Aleksey Navalnı ilə hadisədə günahkar olanların məsuliyyətə cəlb edilməsinə çalışacaqlarını deyib.
"Avropa Birliyi, bir sıra Avropa ölkələri, Amerika Birləşmiş Ştatları - hər şey ruslara aydın olub: buna görə günahkarların ədalətli şəkildə mühakimə olunmasını gözləyirik. Başqa kimin məsuliyyət daşıdığına dair bir nəticəyə gəlmək üçün əlimizdən gələni edəcəyik.
O, "ABŞ hökumətinin bu mövzuda nə qərar verəcəyi ilə bağlı prezidentdən əvvəl qərarı açıqlamaq istəmirəm. Bütün bunları nəzərdən keçirməli, qiymətləndirməli və əmin olmalıyıq ki, gələcəkdə bunun təkrarlanması riskini azaltmaq üçün üzərimizə düşəni edirik" deyib.
Müəllif: Aynur Qəniyeva