"Qazprom Ermənistan" şirkətinin əməkdaşlarının əməkhaqları 20 faiz azaldılıb, minə yaxın əməkdaşı isə işdən çıxarılıb.
Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Şirkətin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, belə bir "cəza" Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Üzrə Milli Komissiyasının qaz tariflərini kəskin şəkildə artırmamaq qərarı ilə bağlıdır.
"Qazprom Ermənistan" rəhbərliyi orta tarifə görə qazın hər min kubmetri üçün 255,06 dollar qiymətini ucuz hesab edərək, onu 283,14 dollara qaldırılmağı təklif edib. Lakin tənzimləyici qurum qiyməti yalnız 266,71 dollara qaldırıb.
Lakin əslində ev təsərrüfatları üçün qazın qiyməti ümumiyyətlə dəyişməyib, iri müəssisələr və aqrobiznes üçün isə məbləğ "Qazprom Ermənistan" şirkətinin tələb etdiyindən az artıb.
Qərarın qəbul edildiyi gün, iyulun 19-da, şirkətin Baş direktoru Qrant Tadevosyan müəssisədə əmək haqları və maliyyə vəsaitləri arasında disbalansın yarandığını bildirib.