İngiltərə hökuməti çərşənbə günü bildirib ki, London və Brüssel arasında İngiltərəni Avropa Birliyindən çıxarmaq barədə razılaşmada hələ də dəqiqləşdirilməli olan mübahisəli məqamlar var.
"Çıxış müqaviləsi və Şimali İrlandiyaya dair protokol digər razılaşmalardan fərqlidir. Tələsik razılaşdırıldılar, bunun həyata keçirildiyi şərtlər çətindi" deyə İngilis mətbuatı İngiltərə Baş nazirinin sözlərini sitat gətirdi.
"Bu müqavilədə birmənalı olmayan məqamları var və əsas sahələrdə müəyyən çatışmazlıq mövcuddur.
Bundan əvvəl Şimali İrlandiyadakı gömrük prosedurlarını təsir edən İngiltərənin daxili bazar qanun layihəsinə gələn həftə səs veriləcəyi gözlənilir.
Müəllif:Aynur Qəniyeva