Google şirkəti hələ fevral ayında təqdim edilmiş Android 11-in final versiyasını istifadəyə verib. Android 11-in əsas özəllikləri sırasında mesajların sadə idarəsi, genişləndirilmiş konfidensiallıq imkanları, elastiki və üzərində dairəvi çıxıntı olan ekranların dəstəyi var. Qeyd etmək lazımdır ki, Android 11-in final versiyası təkcə Pixel modellərində istifadəyə verilməyib. Yeni əməliyyat sistemini digər smartfon brendlərinin istifadəçiləri də yükləyə bilərlər.
Mesajların sadələşdirilmiş idarəsi:
Tərtibatçıların sözlərinə əsasən Android 11-də mesajlaşmaq üçün nəzərdə tutulmuş tətbiqlər arasında daimi keçid daha rahat reallaşdırılıb. Belə ki, smartfonda olan bütün messencerləri bir bölmədə birləşdirmək mümkündür. Bu isə öz növbəsində həmin messencerlərdən olan bildirişləri rahat şəkildə idarə etmək imkanını yaradacaq. Bununla yanaşı messencerlərin daxilində prioritetli çatların təyin olunması da mümkündür. Bu halda istifadəçi həmin çatlara sürətli keçidi reallaşdıra biləcək. Android 11-də istifadəçi Bubbles adlı funksiya vasitəsilə çatları ekranın ana səhifəsinə bərkidə biləcək.