ABŞ Prezidenti Donald Tramp, Florida və Körfəz Sahili bölgəsində dənizdə neft kəşfiyyatı fəaliyyətinə qoyulan qadağanın müddətini uzadan bəyanat imzalayıb
Fins.az xəbər verir ki,ABŞ Prezidenti Donald Tramp, Florida ştatında və Cənub-Şərqi sahillərinin yaxınlığında dənizdə neft kəşfiyyat fəaliyyətini 10 ildir qadağan etdiyini açıqlayıb. Belə bir qadağanın verilməsinin səbəbi, sərt seçki rəqabəti və qalib gəlməli olduğu bölgələrdəki seçicilərin dəstəyidir.
Tramp, Florida körfəzi sahilində Atlantik sularını istisna edərkən Florida Körfəzi Sahilində neft kəşfiyyatı üçün icarə və qazma fəaliyyətlərinə qoyulan moratoriumun uzadılması üçün bəyanat imzaladı.
Trump, Floridada etdiyi çıxışında, "Bu qərar gözəl körfəzinizi və gözəl okeanınızı uzun müddət qoruyacaq" dedi və digər ətraf mühitdəki nailiyyətlərə istinad edərək, ölkənin "kristal" kimi təmiz bir hava və suya sahib olduğunu deyib.
Trump, hər il baş verən "qırmızı dalğa" kimi tanınan yosun bolluğunun qarşısını almaq üçün nə qədər çalışdıqlarını da vurğulayıb.
Müəllif:Aynur Qəniyeva