DÜNYA

09 Sentyabr

ABŞ Çinin pambıq idxalını hədəf alır

ABŞ, Pekinin Uyğur müsəlmanlarına təzyiq göstərdiyini əsas gətirərək üç Çin şirkətinin idxalını məhdudlaşdırdı və daha altı şirkətə məhdudiyyət qoymağı planladığını bildirib.
Fins.az xəbər verir ki,ABŞ Prezidenti Donald Tramp, Pekinin Uyğur müsəlmanlarına təzyiq göstərdiyini əsas gətirərək Çinin Sincan bölgəsindəki üç şirkətin idxalını qadağan etdi və pambıq, tekstil və pomidor idxal edən daha altı şirkətə məhdudiyyət qoymağı planlaşdırdığını bildirib.

ABŞ Gömrük və Sərhəd Mühafizə Agentliyinin verdiyi açıqlamaya görə, 11 Avqustda Hero Vast Group, məcburi əməyin istehsalına görə "məhdudlaşdırma sərəncamlarına" qarşı sanksiyalar tətbiq etməyə qərar verib. 

ABŞ Gömrük və Sərhəd Mühafizə İdarəsi tərəfindən biri kompüter hissələri, ikisi saç məhsulları və üçü pambıq, tekstil və geyim sənayesində fəaliyyət göstərən digər 6 şirkət üçün həyata keçiriləcək tədbirlərin maliyyə ilinin sonunda açıqlanacağı bildirilib.

Əsasən Çin pambığına tətbiq olunan bu sanksiyaların tekstil sənayesinə geniş təsir göstərdiyi bildirilir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin keçən oktyabr ayında yayımladığı bir hesabatda Çinin pambığının yüzdə 80-dən çoxunun Sincan bölgəsində istehsal edildiyi və yüzdə 30-unun bu bölgədən ABŞ-a idxal edildiyi barədə məlumatlar yer alıb.

 

Müəllif:Aynur Qəniyeva