DÜNYA

09 Sentyabr

Bütün Uber avtomobilləri 20 ildən sonra elektrikli olacaq

Mobil nəqliyyat platforması Uber, bütün vasitələrin 2040-cı ilə qədər elektriklənəcəyini və bu dönüşüm üçün 2025-ci ilə qədər sürücülərə maddi dəstək verəcəklərini bildirib.
Fins.az xəbər verir ki,Uber, çərşənbə axşamı tətbiqdəki bütün vasitələrin 2040-cı ilə qədər elektriklənəcəyini açıqlayıb. Sürücülərin elektrikli avtomobillərə keçməsi üçün 2025-ci ilədək 800 milyon dollar dəyərində yardım alacağını ifadə edən şirkət, bəzi yardımların avtomobil alımlarında endirim və ya kirayə rahatlığı şəklində olacağını açıqlayıb.

Fevral ayı hesabatlarına  görə dünya miqyasında 5 milyon sürücüsü olan Uber, General Motors və Renault, Nissan, Mitsubishi alyansı ilə ortaq olub.

ABŞ, Kanada və Avropadakı nəqliyyat vasitələrinin 2030-cu ilə qədər sıfır karbon emissiyasına çatacağını ifadə edən Uber, bu bölgələrdə və alt quruluşdakı müvafiq tənzimləmələrin dəstəyi sayəsində daha sürətli bir dönüşümün baş verə biləcəyini vurğulayıb.

General Motors və Renault ittifaqı ilə ortaqlığın ABŞ, Kanada və Avropaya yönəldiyini ifadə edən şirkət, digər avtomobil istehsalçıları ilə də görüşdüklərini bildirib.

Uber-in ABŞ-dakı kiçik miqyaslı rəqibi Lyft, 2030-cu ilə qədər 100% elektrikli nəqliyyat vasitələrinə keçəcəklərini açıqladı, lakin şirkət transformasiya üçün sürücülərə heç bir maddi dəstək göstərə bilməyəcəklərini bildirib.

Uber, məqsədlərinin elektrikli nəqliyyat vasitələrinin alınması xərclərini azaltmaq olduğunu qeyd edib,çünki elektrikli nəqliyyat vasitələri indi benzinli avtomobillərdən yüksəkdir.

Müəllif:Aynur Qəniyeva