DÜNYA

09 Sentyabr

Trampdan 2 ölkə ilə bağlı KRİTİK AÇIQLAMA: bir neçə saat sonra...

ABŞ Prezidenti Donald Trampın Pentaqon əsgərlərini İraqdan geri çağırmasına dair bu gün açıqlama verməsi gözlənilir.

Bu barədə Şimali Karolina səfərindən qayıdışında prezident təyyarəsində uçan və adının açıqlanmasını istəməyən yüksək vəzifəli şəxs danışıb.

O, qarşıdakı günlərdə Əfqanıstanla bağlı da bənzər açıqlamanın veriləcəyini bildirib.

Qeyd edək ki, D.Tramp ilə İraqın Baş naziri Mustafa Əl-Kazımi 20 avqustda Ağ Evdə görüşmüşdü. Görüşdən əvvəlki mətbuat konfransında Tramp “əsgərlərimizi İraqdan sürətli şəkildə çıxarırıq və ABŞ-ın orada qalmaq məcburiyyətində olmadığı günü səbrsizliklə gözləyirəm” demişdi.

“Wall Street Journal” qəzeti 28 avqustda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Amerika əsgərlərinin üçdə birini geri çəkərək bu ölkədəki əsgər sayını 3,5 minə salacağını iddia etmişdi