DÜNYA

09 Sentyabr

Tramp ABŞ hərbçilərinin İraqdan çıxarılması ilə bağlı açıqlama verə bilər

ABŞ Prezidenti Trampın bu gün daha çox ABŞ hərbçisinin İraqdan çıxarılması ilə bağlı açıqlama verəcəyi gözlənilir.
ABŞ Prezidenti Donald Trampın Şimali Karolinaya səfərinə qayıdarkən, prezident təyyarəsindəki adının açıqlanmasını istəməyən yüksək çinli bir məmur, jurnalistlərə bildirib

Rəsmi, Trampın Çərşənbə günü daha çox Amerika əsgərinin İraqdan çıxarılması ilə bağlı bir açıqlama verəcəyini və yaxın günlərdə Əfqanıstanla bağlı da oxşar bir açıqlama veriləcəyini bildirib.

Geri çəkilmə başlayanda nə qədər hərbi qulluqçunun təsir edəcəyi barədə məlumat verilməyib. İraqda təxminən 5200 Amerika əsgəri var.

Trump vəzifəsinə gəldikdən üç il sonra Orta Şərqə əlavə Amerika qüvvələri göndərdi, lakin son aylarda 2016-cı ildəki vədinə uyğun olaraq qoşunları çəkmək üçün bir addım atıb.

Müəllif:Aynur Qəniyeva