DÜNYA

09 Sentyabr

Ukraynanın xarici ticarətində itkilər 10 faiz təşkil edib

Ukraynada xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-avqust aylarında 64,182 milyard dollar təşkil edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azdır (71,096 milyard dollar).
Fins.az Ukraynanın gömrük statistikasının məlumatlarına istinadla xəbər verir ki, 2020-ci ilin ilk səkkiz ayı ərzində malların ixracı 30,846 milyard dollar təşkil edib, bu da keçən illə müqayisədə 7 faiz azdır, idxal isə 12 faiz - 33,337 milyard dollara qədər azalıb. Mənfi saldo 2,491 milyard dollar səviyyəsində qeydə alınıb.
Ən çox - 18 faiz - metalların ixracında 6,033 milyard dollara qədər, eləcə də 38 faiz - yanacaq və energetika mallarının idxalında 5,125 milyard dollara qədər azalma qeydə alınıb.