DÜNYA

09 Sentyabr

Benzinin qiyməti yenidən bahalaşır

Cari ilin avqust ayında Gürcüstanda yanacağın qiymətinin bahalaşması qiymətlərdə son hədd olmayacaq. Yaxın aylarda istehlakçılar yanacağı daha baha qiymətə alacaqlar.

Bu barədə Gürcüstan Neft İxracatçıları Birliyi məlumat yayıb.

Birliyin məlumatına görə, yanacağın bahalaşmasına dünya bazarındakı qiymət artımı səbəb olacaq.

Bildirilib ki, koronavirus pandemiyasının tədricən sovuşması və iqtisadiyyatın inkişafı artıq neft məhsullarının qiymətinə təsir edir. Dünya bazarında neft məhsullarının qiyməti artır və bu da təbii ki, Gürcüstandan yan keçmir.

Məlumat üçün bildirilir ki, hazırda ölkədə yanacağın qiyməti 1,79-1,81 və 1,97-2,06 lari arasında dəyişir.