DÜNYA

08 Sentyabr

Maskdan möhtəşəm layihə: 5G-dən 3 dəfə sürətli

“Starlink” peyklərinin daha sürətli internet təmin etməsi üçün kosmik lazerlərdən istifadə edəcəyik.

Fins.az xəbər verir ki, bunu “Tesla” və “SpeysX” şirkətlərinin qurucusu İlon Mask deyib.

Məlumata görə, bununla İngiltərədə orta hesabla 5G yükləmə sürətinin 3 qatı qədər internet bağlantısı olacaq.

Kosmik lazer sayəsində orbitdəki peyklər dünyaya siqnallar göndərəcək və istifadəçilər şəxsi cihazları ilə internet şəbəkəsinə qoşula biləcəklər.

Qeyd edək ki, İ.Mask kosmosa göndəriləcək minlərlə peyklə dünyanın hər yerinə sürətli və ucuz internet xidməti təqdim etməyi hədəfləyir.