DÜNYA

08 Sentyabr

İraq sərhədlərini beynəlxalq ticarət üçün açır

İraq beynəlxalq ticarət üçün sərhədləri açır.

Fins.az xəbər verir ki,ölkədə həmçinin  restoranların, otellərin işləməsinə və idman tədbirlərinə icazə verilir.Bu barədə  Əl-Şərq əl-Əvsat qəzeti ölkənin Baş naziri Mustafa əl-Kadhimiyə istinadən xəbər verir.

Eyni zamanda, hökumət başçısının açıqlamasında quru sərhədini keçməyin yalnız ticarət və yerli bazarın ehtiyaclarını ödəmək üçün mümkün olacağı qeyd edilir.

COVID-19-un yayılmaması üçün hazırlanmış qaydalara tabe olaraq restoranların və beşulduzlu otellərin yenidən açıldığını da məlumatda qeyd edilir

Kadiminin sözlərinə görə, tamaşaçısız idman tədbirləri sentyabrın 12-dən yenidən başlayacaq. Baş nazir qeyd edib ki, dövlət qurumları işçilərinin 50%-nə qədəri işə qayıda bilər.

Müəllif:Aynur Qəniyeva