Yaponiya hökuməti çərşənbə axşamı yeni koronavirusa qarşı peyvəndin alınması üçün 671,4 milyard yen (6,3 milyard dollar) ayrılmasını təsdiqləyib.
Bu barədə Tokioda keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Yoşihide Suga məlumat verib.
O bildirib ki, 671,4 milyard yen məbləğində bu vəsaitlər, ilk növbədə, koronavirüs əleyhinə aşıların alınması üçün təmin edilir. Artıq ABŞ və Böyük Britaniyadan olan şirkətlərlə müvafiq ilkin müqavilələr bağladıq.Məbləğ, hökumətin iqtisadiyyatı dəstəkləmək və koronavirusla mübarizə üçün təsdiq etdiyi əlavə büdcədən ayrılacaq.
Yaponiya artıq İngilis-İsveç əczaçılıq şirkəti AstraZeneca və Amerika Pfizer ilə 120 milyon doza təcrübə peyvəndlərinin tədarükü üçün müqavilələr imzaladı. Yaponiya hakimiyyəti hazırda daha beş xarici şirkətlə danışıqlar aparır. Ölkədə bir neçə aşı inkişaf etdirilir və sınaqdan keçirilir, lakin çox güman ki, onların ticarəti xarici analoqların satışından daha gec başlaya bilər və dozaların sayı məhdud olacaqdır.
Yaponiya hökuməti cari maliyyə ili üçün büdcə dəyişikliklərini aprel və iyun aylarında iki dəfə təsdiqlədi. Onların ümumi həcmi 57,5 trilyon yen (533 milyard dollar) idi.
Müəllif:Aynur Qəniyeva