ABŞ-da COVİD-19-a qarşı peyvənd oktyabrın sonuna hazır ola bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, ABŞ-a hazırda Demokratlar rəhbərlik edərsə, payvəndin hazır olması 2-3 il çəkəcək. Ancaq biz ən qısa vaxtda bunun öhdəsindən gələcəyik. Peyvənd oktyabrın sonuna hazır ola bilər. Effektli təsirə malik peyvənd hazır olduqdan sonra ən qısa müddətdə paylanacaq.