Rusiyalı oliqarx Vladislav Doronin keçmiş sevgilisi, dünyaca məşhur model Naomi Kempbelldən 3 milyon dollar tələb edir.
Məlumata görə iş adamı məhkəməyə müraciət edərək qarşı tərəfin ona borcu olduğunu, üç milyonluq əşyanı geri vermədiyini bildirib.
Qeyd edək ki, cütlük 2008-2013-cü illərdə sevgili olub. Naomi müğənni Liam Payne ilə Doroninə xəyanət edib. Bundan sonra onlar qalmaqallı şəkildə münasibətlərinə son qoyublar.