2020-ci ilin yanvar-iyul aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 2,849 milyard dollar olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvar-iyul ayları üzrə ümumi ixracında türkdilli ölkələrin payı 3,2 faizə bərabər olub.
İyul ayında Türkiyənin həmin ölkələrə ixracı 2019-cu ilin iyulu ilə müqayisədə 8,6 faiz azalaraq 458,464 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 16,8 faiz azalaraq 1,642 milyard dollar təşkil edib.
Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvar-iyul ayları üzrə ümumi idxalında türkdilli ölkələrin payı 1,4 faizə bərabər olub.
İyul ayında Türkiyənin həmin ölkələrdən idxalı 2019-cu ilin iyulu ilə müqayisədə 15,6 faiz azalaraq 259,784 milyon dollara bərabər olub.