DÜNYA

07 Sentyabr

Samsung 6.6 milyard dollarlıq 5G sifarişi alıb

Samsung Electronics, Verizon Communications-ə 6,6 milyard dollarlıq beşinci nəsil simsiz şəbəkə avadanlığı satır.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki,Koreyanın elektronika nəhəngi Samsung Electronics Co., Verizon Communications Inc-ə ABŞ-da beşinci nəsil (5G) simsiz həllər təqdim etmək üçün 7.9 trilyon von (6.6 milyard dollar) dəyərində sifariş alıb.

Tənzimləyici qurumların qeydlərinə görə, müqavilə Cümə günü imzalanıb və 30 İyun - 2025 Dekabra qədər  davam edəcək.

Razılaşma, Samsung, şəbəkə təminatçısı avadanlığına investisiya yatıraraq telekom cihazları tədarükü mövzusunda Nokia və Ericsson ilə rəqabət aparmaq qərarına gəldikdən bəri ən böyük müqavilədir.

Huawei ABŞ sanksiyaları ilə mübarizə apararkən və Vaşinqton Çin şirkətini istisna etmək üçün yeni dostlar axtararkən, Samsungun simsiz şəbəkə təminatçıları sənayesindəki bazar payı arta bilər.

"Bu uzunmüddətli strateji müqavilə ilə Verizon müştərilərinin daha yaxşı bir mobil təcrübəyə sahib olması üçün 5G texnologiyasının sərhədlərini aşacağıq" deyə Samsung-un açıqlamasında bildirib.

Müəllif:Aynur Qəniyeva