Almaniyanın Xarici İşlər Naziri Heiko Maas, Rusların bu məsələni aydınlaşdırmaq üçün əməkdaşlıq etməməsinə görə boru kəməri layihəsinin dayandırılmasını təklif edib.
Almaniyanın Rusiya ilə Şimal Axını 2 boru kəməri layihəsini dəstəkləməsi ilə fərqlər ortaya çıxmağa başlayıb.
Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki,həftə sonu xarici işlər naziri Heiko Maas kansler Merkelin koalisiya kabinetində təbii qaz boru kəmərinin taleyini Rusiya əməkdaşlığının istintaqı və müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ilə əlaqələndirən ilk şəxs olub. Merkellə eyni partiyaya məxsus olan Maas boru kəməri layihəsinin dayandırılmasını təklif edib.
Merkelin layihəni dayandıracağına dair heç bir işarə olmasa da, şərhlər Berlində Rusiya Prezidenti Valdimir Putinə qarşı küskünlüyü artırdı və Merkelin rəhbərlik etdiyi koalisiya hökumətində yeni bir mübahisəyə yol açdı.
Almaniya lideri ABŞ və AB-nin etirazlarına baxmayaraq boru kəməri layihəsini inadla dəstəklədi.
"Ümid edirəm ki, ruslar bizi mövqeyimizi dəyişdirməyə məcbur etməyəcək.Rusiya yaxın günlərdə Navalnının başına gələnlərə aydınlıq gətirməsə, Almaniya cavab almaq üçün beynəlxalq tərəfdaşlarına müraciət etməli ola bilər" -deyə Mass qeyd edib..
Müəllif:Aynur Qəniyeva