DÜNYA

07 Sentyabr

ABŞ Çinin çip istehsalçısı SMIC şirkətinə qarşı məhdudiyyətləri müzakirə edir

ABŞ Çinin çip istehsalçısı Semiconductor Manufacturing Corp-a (SMIC)ixrac məhdudiyyətləri tətbiq etmək imkanlarını nəzərdən keçirir.

Fins.az xəbər verir ki, bu barədə  Wall Street Journal yazır.

Qəzetin ABŞ Müdafiə Nazirliyindəki mənbə görə, SMIC-in Amerika şirkətlərinin texnologiyalar tədarükü üçün xüsusi lisenziyalara ehtiyacı olan  şirkətlərin "qara siyahısına" daxil edilməsi ehtimalı müzakirə olunur.

Qeyd edək ki,,keçən il Washington, Çin telekommunikasiya şirkəti Huawei Technologies Co-nu belə bir siyahıya əlavə etdi ki, bu da işinə ciddi zərbə vurdu və ABŞ-ın Çin ilə münasibətlərini pisləşdirib.

SMIC üçün ixrac məhdudiyyətlərinin tətbiqi, Çinə hər il milyard dollarlarla yarımkeçirici texnologiya tədarük edən Amerika şirkətləri üçün mənfi nəticələrə səbəb olacaq.

SMIC, ABŞ-da müdafiə müqaviləsi olan SOS International LLC şirkətinin məhsullarını Çin hərbi sənaye kompleksi tərəfindən istifadə edildiyini bildirən analitik bir hesabat yayımladıqdan sonra gündəmə gəlib.