DÜNYA

07 Sentyabr

Mütəxəssislər ilin sonunadək dünyada iqtisadi böhran olacağını proqnozlaşdırıb

“Mütəxəssislər qlobal iqtisadiyyatın son dövrlərdə bərpa olunmasını qeyd etsələr də, narahatlıq hissi aktual olaraq qalır”. 

Fins.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu “Pacific Investment Management”in qlobal iqtisadiyyat üzrə müşaviri İoaxim Fels bildirib.

Onun sözlərinə görə, bütün ölkələrdə tezliklə tənəzzül başlayacaq: “İnkişaf etmiş ölkələrin hökumətləri pandemiya dövründə iqtisadiyyatı mümkün qədər normal vəziyyətə gətirmək üçün trilyonlarla dollar xərclədi. Bunun sayəsində avqust ayında ABŞ-da işsizlik kəskin şəkildə azaldı və mənzil bazarındakı vəziyyət yaxşılaşdı”. 

 

Müşavir əlavə edib ki, xərclənən vəsaitlər hesabına Çin iqtisadiyyatı bərpa olundu, Almaniyada istehsal artdı: “Ancaq proqnozlara görə, ilin sonunadək bu mövqeyi qoruyub saxlamaq asan olmayacaq. Bütün ölkələrdə iqtisadiyyatı stimullaşdırmaq üçün səylərin artırması tələb ediləcək”.