DÜNYA

04 Sentyabr

İran Lavrovun təklifini rədd etdi

İran Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Tehran ilə Vaşinqton arasında birbaşa danışıqlar təklifini rədd edib.

Bu barədə İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ölkə mətbuatına deyib.

O bildirib ki, Rusiya da digər ölkələr kimi ABŞ və İran arasındakı gərginliyi azaltmaq üçün səy göstərir:

“Ancaq amerikalılarla müzakirə planımız yoxdur. Bu məsələ ilə bağlı mövqeyimizi açıq şəkildə bildirmişik. Onlar yalnız nüvə sazişinə qayıtmaq və razılaşma tərəfi olaraq danışıqlar apara bilərlər. Bundan başqa hər hansı bir cəhd nəticəsiz qalacaq”.