DÜNYA

04 Sentyabr

Vaşinqton bir sıra şirkətləri və şəxsləri İrana qarşı sanksiya siyahısına daxil edib

ABŞ Dövlət Departamenti cümə axşamı İran neftinin alqı-satqısı və nəqli ilə əlaqəli 11 quruma və üç şəxsə sanksiya tətbiq edib

Fins.az xəbər verir ki, bu barədə yayımlanan məlumatada ildirilir ki,bu gün Dövlət Departamenti beş quruma... İran neftinin və ya neft məhsullarının alqı-satqısı və nəqli ilə bağlı böyük bir əməliyyatda qəsdən iştirak etdiklərinə görə sanksiya tətbiq edib.

Dövlət Departamenti həmçinin sanksiyaların tətbiq etdiyi strukturların yüksək icra məmuru olan və ya oxşar funksiyaları yerinə yetirən üç şəxsə qarşı da sanksiya tətbiq edib.

Sanksiya siyahısına daxil olan strukturlar arasında İranın Abadan şəhərindəki  neft emalı zavodu, Çinin gəmi şirkətləri Zhihang Ship Management CO Ltd və Sino Energy Shipping Ltd və başqaları var.

Hong Kong mərkəzli Triliance Petrochemical Co. ilə ortaqlığı üçün daha səkkiz qurum Vaşinqtonun sanksiyalarına məruz qalıb. Bunlar arasında İran şirkəti Zagros Petrochemical Company, BƏƏ-də yerləşən Petrotech FZE və Trio Energy DMCC və başqaları var.

Dövlət Departamentinin açıqlamasında deyilir ki, yuxarıda göstərilən strukturlar ABŞ-ın sanksiyalarını pozaraq İran nefti, neft məhsulları və neft-kimya məhsullarının ixracını təşviq etməyə davam etdib.

Müəllif:Aynur Qəniyeva