DÜNYA

04 Sentyabr

Məşhur tablo 1.6 milyon avroya satıldı

Hollandiyanın Den Boş şəhərində yerləşən Şimali Brabant muzeyi məşhur rəssam Vinsent van Qoqun “Qadın başı” adlı tablosunu Londondakı “Christies” hərrac evindən 1.6 milyon avroya alıb.

Fins.az xəbər verir ki, muzey rəsmiləri Şimali Brabant əyalətində anadan olan və həyatının bir hissəsini burada keçirən Van Qoqun tablosunu almaq üçün uzun müddətdir gözlədiklərini və tablonu yarandığı torpaqlara gətirdikləri üçün xoşbəxt olduqlarını bildirib.