DÜNYA

03 Sentyabr

Saudi Aramco ABŞ, Çin və Hindistandakı layihələrə kapital qoyuluşlarını təxirə salır

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” aşağı karbohidrogen qiymətləri və dividend ödənişlərini azaltmaq ehtiyacı səbəbindən ölkədə və xaricdə investisiya və istehsal artırma planlarını nəzərdən keçirir.

Fins.az Amerikanın “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, “Saudi Aramco” hazırda Texasdakı “Motiva” emal zavodunun gücünü artırmaq üçün 6,6 milyard dollarlıq investisiya planını nəzərdən keçirir. Həmçinin şirkətin Amerikanın “Sempra Energy” şirkətindən maye qaz almaq üçün 20 illik layihəsi var.

Səudiyyə neft nəhəngi Çin, Hindistan və Pakistandakı neft emalı zavodlarına yatırımlarını da təxirə salır. Səudiyyə Ərəbistanında mart ayında elan edilən və xam neft istehsalının gündə təqribən 12 milyon bareldən gündəlik 13 milyon barelə qədər artırılmasını nəzərdə tutan planların icrasına da fasilə verilib.

Tuncay Türbəndəzadə