DÜNYA

03 Sentyabr

Fransa 100 milyard avroluq stimul paketini elan edib

Fransa hökümətinin təklif etdiyi təşviq paketi Kovid-19-a qarşı təcili xərcləmə vəziyyətindən çıxmağı, investisiya çatışmazlığı və iş yerlərinin açılması kimi uzunmüddətli problemləri aradan qaldırmağı hədəfləyir.
Fins.az "blooberg"-ə istinadən xəbər verir ki, Fransa hökuməti çoxdan gözlənilən 100 milyard avro stimul paketini açıqlayıb. "Reopening France" adlı paketə maaş subsidiyaları, özəl sektor üçün vergi endirimləri və ekoloji layihələrə dəstək daxildir.

Təşviq paketi, Kovid-19-a qarşı təcili xərcləmə vəziyyətindən qurtulmağı, investisiya çatışmazlığı və iş yerlərinin açılması kimi uzunmüddətli problemləri aradan qaldırmağı hədəfləyir.

Ediləcək maliyyə dəstəyi iki il müddətinə yayılacaq və yaşıl iqtisadiyyata keçidin rəqabət qabiliyyəti, iş və sosial siyasətlə maliyyələşdirilməsində istifadə ediləcək. Fransa iqtisadiyyatı Avropadakı iqtisadi böhrandan ən çox təsirlənən ölkələrdən biridir və mövcud bərpa yavaş-yavaş zəifləyir.

Müəllif:Aynur Qəniyeva