DÜNYA

03 Sentyabr

Latviya milli hava yolları şirkəti ilk yarımildə rekord itki ilə üzləşib

Latviya milli hava yolu şirkəti olan “AirBaltic”in ilin ilk yarısında koronavirus pandemiyası səbəbindən dövriyyəsi 63,6% azalaraq 78,713 milyon avroya düşüb.

Fins.az Finanz.ru-ya istinadən xəbər verir ki, şirkətin zərərləri təxminən yeddi dəfə artaraq 184,77 milyon avroya çatıb.

Bu barədə cümə axşamı “AirBaltic” şirkətinin idarə heyətinin sədri Martin Qauss məlumat verib.

Qauss deyib ki, bu cür itkilər şirkət üçün tarixi bir rekord olub, lakin digər aviaşirkətlərin itkiləri ilə müqayisədə azdır. O həmçinin bədbin proqnoz da verib:

"Bir il ərzində itkilər daha da çox olacaq, çünki uçuş sayının azaldığı bir vəziyyətə qayıdırıq".

Tuncay Türbəndəzadə