DÜNYA

03 Sentyabr

Siqaretə aromatizatorların qatqısı qadağan edilə bilər

Rusiya Səhiyyə Nazirliyi siqaretə qatılan aromatizatorların qadağan edilməsini təklif edib.

Fins.az RBC-ya istinadən xəbər verir ki, nazirlik tütün emalındakı dad əlavələrinin siqaretin cəlbediciliyini artırdığını düşünür.

Mütəxəssislər hesab edir ki, şirkətlərə tütün dadını yaxşılaşdırmaq qadağan edilərsə, siqaretlər Sovet İttifaqı vaxtı satılanlara bənzəyəcək və müştərilərinin sayı azalacaq.

Hazırda Rusiyada siqaret çəkənlər əhalinin 29 faizini təşkil edir. Səhiyyə Nazirliyi tezliklə bu rəqəmi 21 faizə endirməyi planlaşdırır.

Tuncay Türbəndəzadə