DÜNYA

02 Sentyabr

Merkeldən "Şimal Axını 2" ilə bağlı növbəti AÇIQLAMA

Almaniya Şimal Axını 2-nin inşasını dəstəkləyir və ABŞ-ın sanksiyalarını qəbuledilməz hesab edir. Fins.az xəbər verir ki, bunu çərşənbə axşamı Stralsund şəhərində çıxış edən Almaniya kansleri Angela Merkel deyir.

"Federal hökumət həmişə qaz kəmərinin çəkilməsini müdafiə edib. Amerikalıların ərazindən kənar sanksiyalarını qanunsuz hesab edirik" deyə kansler qeyd edib.
 
Şimal Axını 2 qaz kəməri layihəsi, Rusiya sahillərindən Baltik dənizindən Almaniyaya qədər ümumi gücü 55 milyard kubmetr olan iki boru kəmərinin inşasını nəzərdə tutur. Bu günə qədər 93,5% -i inşa edilib. Layihənin həyata keçirilməsinin dayandırılması 2019-cu il dekabr ayının sonunda ABŞ-ın sanksiyaları səbəbiylə İsveçrənin Allseas şirkətinin qaz kəmərinin inşası işini dayandırması və gəmilərini götürməsi ilə əlaqəli idi.
 
Almaniya hökuməti dəfələrlə layihəni dəstəklədiklərini bildirib.Eyni zamanda, Ukraynanın gələcəkdə qaz tranziti ölkəsi rolunu qorumalı olduğu da vurğulayıb.
 
Müəllif:Aynur Qəniyeva