DÜNYA

01 Sentyabr

İsrailin bu əraziləri ilhaqı masadadır - Kuşner

Qərbi Şəriyənin ilhaq planı ilə bağlı seçimlər masada qalmağa davam edəcək.

Fins.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın müşaviri Cared Kuşner deyib.

“İsrail-BƏƏ anlaşmasının uğurlu olması üçün Qərbi Şəriyənin bəzi hissələrinin ilhaq planı təxirə salınıb. Biz və İsrail əldə etdiyimiz razılığın həyata keçirilməsi üçün çalışırıq. Bu əla bir fürsətdir və diqqətimizi ona yönəltməliyik. Ancaq cənab Tramp ilhaq planı ilə bağlı seçimləri masada saxlamağı sevir”, - müşavir bildirib.