DÜNYA

01 Sentyabr

Almaniyadakı iqtisadi tənəzzül proqnozlaşdırılan kimi olmaya bilər

Almaniyada hökumət koronavirusun səbəb olduğu iqtisadi böhranın bu il gözləniləndən daha aşağı ola biləcəyini qeyd edib.

Fins.az xəbər veir ki,kansler Angela Merkelin rəhbərlik etdiyi koalisiya hökuməti, aprel ayında İkinci Dünya Müharibəsindən sonrakı bərpa vəziyyətindən bəri ən ağır olan 2020-ci ildə iqtisadiyyatın 6,3% nisbətində azalacağını və gələn il 5,2% böyüməsini gözlədiyini açıqlayıb. İqtisadiyyat naziri Peter Altmaier çərşənbə axşamı Berlində yerli vaxtla 11: 00-da yeni proqnozları açıqlayacaq.

Avropanın ən böyük iqtisadiyyatındakı fəaliyyət, ikinci rübdəki böhrandan  sonra güclü şəkildə bərpa olunub və Alman şirkətləri bu ay iqtisadiyyatın uzun sürən bərpa yoluna davam edəcəyinə dair bir az daha nikbin oldu.

Pandemiyadan gələn zərbəni azaltmaq üçün Merkel hökuməti böyük xilasetmə paketinin bir hissəsi olaraq konstitusiyada müəyyən edilmiş borc limitlərini dayandırıb. Ancaq maliyyə naziri Plaf Scholz, ümumi daxili məhsulun ən erkən 2021-ci ilin sonunda böhrandan əvvəlki səviyyəyə çatacağını gözləmədiyini deyib.

Müəllif:Aynur Qəniyeva