DÜNYA

01 Sentyabr

Baydendən Trampa ittiham: Rusiyaya itaət edir

Donald Tramp Rusiya ilə münasibətlərdə itaətkar mövqe sərgiləyir.

Bu sözləri ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Co Bayden deyib.

“Biz Suriyada Rusiya hərbçilərinin amerikalı əsgərlərə hücum etdiyi və yaraladığı xəbərlərini gördük. Trampdan bir kəlmə də söz eşitdiniz? O, heç olmasa barmağını tərpətdi? Keçmişdə heç bir prezident Rusiya ilə bu cür itaətkar siyasət aparmamışdı”, - deyə Bayden bildirib.