Avropa İttifaqına (Aİ) üzv ölkələrin rəhbərləri arasında əldə olunan razılığa əsasən iqtisadiyyata 540 milyard avro məbləğində təcili dəstək proqramı təsdiqlənib.
Liderlər həmçinin Avropa Komissiyasına yaradılacaq müvafiq uzunmüddətli fondla bağlı təklifləri may ayının 6-dək hazırlamağı tapşırıblar. Məlumata görə, həmin fondun həcminin 2 trilyon avro məbləğində olacağı ehtimal edilir. Məlumatı “Euronews” yayıb.