Match Group holdinqinin (Tinder-də daxil olmaqla bir çox tanışlıq xidmətlərini idarə edir) səhmlərini dəyəri pandemiya və özünütəcridin olmasına baxmayaraq artım dinamikası göstərib.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin əlavələrindəki trafik 23 martdan etibarən artım göstərib.
11 martdan etibarən Tinder-də gündəlik mesajların sayı 20% artıb. Şirkətin digər xidmətləri üzrə isə artım 30% olub. Match Group-un səhmlərinin dəyəri isə martın başlanğıcından bəri 64% artım göstərib. Aprelin 22-dən etibarən bir qiymətli kağızın qiyməti 76,9 dollar olub.
Bildirək ki, epidemiyanın başlanmasından bəri şirkət yeni funksiyaların əlavə edilməsi üçün xeyli səy göstərib. Şirkət video yayım xidmətlərinə fokuslanmağa qərara gəlib. Match Group-un özünün məlumatına görə, epidemiyanın başlanmasından sonra, video formatda olan xidmətlərə maraq 6%-dən 69%-ə yüksəlib.
Respondentlərin yarısından çoxu isə əmindir ki, video görüşlərdə 10 dəqiqədən az bir müddət kifayətdir ki, qarşındakı şəxsə simpatiyanın olub olmamasına qərar verəsən. Bir çox xidmətlərdə artıq belə bir funksiya mövcuddur. Eyni zamanda, Plenty of Fish kompaniyası birbaşa efir funksiyasını, Match.com isə video çat-ı əlavə etdi. OKCupid və Hinge-də isə analoji yenilik yaxın zamanlarda görünə bilər.
Xatırladaq ki, ötən il holdinqin gəlirləri 547 milyon dollara çatmışdı. Şirkətin xalis mənfəəti isə 2019-cu ildə 132 milyon dollar olub. Gəlirlərin 98%-ni isə pullu hesablar üzərindən olub. 2%-i onlayn-reklam satışlarından əldə edilib. 2020-ci ilin birinci rübünün məlumatı isə hələki dərc edilməyib. Amma fevral proqnozuna görə, şirkət ilin ilk iki rübü üzrə müsbət dinamika gözləyirdi.
© Facemark