22 aprel, çərşənbə günü, Yandex özünün messencerini yenilədiyini elan edib. Burada çat, videozəng, mətn şifrəli səs mesajları, populyar KİV-lərin kanalları mövcuddur və messencer üzərində məzmun paylaşmaq mümkündür.
Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin məlumatına deyilib.
Bütün Yandex istifadəçiləri messencer-də var. Sadəcə messencerə qoşulmağa icazə vermək lazımdır. Bundan sonra isə dostlar ilə əlaqə qura bilərsiniz. Mesajları Yandex, “Brauzer”, yaxud Yandex-in əsas səhifəsi üzərindən oxumaq olar.
Tətbiqi yükləmək isə istəyə bağlıdır.
Messencerdə SpeechKit adlı texnologiya mövcuddur. Bu isə səsli mesajları mətnə çevirir. İnsanalr qrup söhbələri yarada bilərlər, eyni zamanda dərhal yaxınlarınız ilə ailə söhbətlərinə başlaya bilərsiniz.
Şirkətin mətbuat xidmətinin məlumatında deyilir ki, canlı söhbəti sevənlər üçün messencerdə audio və video zəng funksiyası mövcuddur.
Həmçinin messencer üzərindən aktual informasiyaları əldə edə bilərsiniz. Bu isə populyar KİV kanallarından, Yandex-dən, KinoPoisk və s. etmək mümkündür. Hər kəs messencer üzərindən kanal yarada bilər və Yandex-dəki auditoriyaya özləri haqqında məlumat verə bilərlər. Bu isə KİV, blogger və ya adi istifadəçilər üçün nəzərdə tutulub.