DÜNYA

23 Aprel

Tramp ABŞ-a immiqrasiyanın dayandırılması haqqında fərman imzaladı

ABŞ prezidenti Donald Tramp, Ağ Evdə keçirilən brifinqdə ölkəyə immiqrasiyanın dayandırılması ilə bağlı fərman imzaladığını açıqlayıb. Qeyd edildiyi kimi, bu məhdudiyyət 60 gün müddətində qüvvədə qalacaq.

Fins.az bu barədə “RBC.ru”ya istinadən xəbər verir.

“İmmiqrasiyanın dayandırılması işsiz amerikalılara növbədə ilk sırada olmağa imkan verəcək. Məncə, virusun yayılmasına görə boş qalan iş yerlərini xaricilər tərəfindən tutulması ədalətsiz olar”, – deyə Tramp bildirib.

Koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində tibb işçilərinə, ailəli olan yerli vətəndaşlar və 18 yaşına çatmayan uşaqlar üçün istisnalar ediləcək.

Xatırladaq ki, bu günə qədər ABŞ-da koronavirusa 837 min nəfər yoluxub, onlardan 46 min nəfər dünyasını dəyişib.