DÜNYA

22 Aprel

Slovakiyada karantin rejimi yumşaldılacaq

Slovakiyanın koronavirusla mübarizə üzrə Mərkəzi böhran qərargahı ölkədə karantin tədbirlərinin yumşaldılması barədə qərar qəbul edib.

“RİA Novosti” xəbər verir ki, ölkənin Baş naziri İqor Matoviçin sözlərinə görə, çərşənbə günündən Slovakiyada avtomobilə sahiblənmək, stadionda idman etmək və bazarda tərəvəz almaq mümkün olacaq.

“Xidmət sektorunda 300 kvadrat metrdən böyük olmayan dükan və ofislər, pəncərədən alış-veriş həyata keçirən kafelər və açıq havada olan stadionlar fəaliyyət göstərəcək”, - deyə baş nazir qeyd edib.