DÜNYA

22 Aprel

Tramp Kim Çen Inın vəziyyəti barədə danışdı

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın səhhətinin pis olması barədə şayiələrin təsdiqini tapmadığını bildirib.

“Gazeta.ru” xəbər verir ki, D.Tramp koreyalı həmkarına can sağlığı arzulayıb.

“Bu xəbərlər həqiqəti əks etdirmir...Mən “CNN”nin məlumatlarına o qədər də inanmıram”, - deyə dövlət başçısı qeyd edib.

D.Tramp Kim Çen In ilə yaxşı münasibətdə olduğunu vurğulayıb.